Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “EL-OBA” QSC ilə 33 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə 2024-cü il ərzində Bakı şəhərinin Binəqədi, Nərimanov, Nəsimi, Sabunçu, Xətai və Yasamal rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 32.872.633,71 AZN təşkil edir.