26 C
Baku
Saturday, July 27, 2024

Bağçalarla bağlı onlayn növbəyaratma prosesi sentyabrın 1-dək davam edəcək

Məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı onlayn növbəyaratma prosesi sentyabrın 1-dək davam edəcək.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, ölkə üzrə məktəbəqədər təhsil müəssisələrinin sayı 1 658, bu təhsil müəssisələrində boş yerlərin sayı 55 382-dir.

Məktəbəqədər təhsil müəssisələrinə müraciət edən yeni qeydiyyatçıların sayı 46 894, prioritetli – güzəşt olanların sayı isə 1 868 nəfərdir.

Avqustun 1-dən bu günədək ümumilikdə 42 073 uşaq üçün 53 212 növbə yaradılıb. Bildirilib ki, 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçərək növbəyə yazılmaq mümkündür.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər