10 C
Baku
Friday, December 13, 2024

Bağışla məni, çox sürətlə gedirəm

Qaldırılan mövzu bu gün çox aktualdır.

Sosial şəbəkələrdə sürücüləri sükan arxasında daha məsuliyyətli olmağa səsləyən videoçarx yayılıb.

Videoda iki avtomobilin toqquşmasından əvvəlki an göstərilir. Belə ki, sürücülərdən biri sürət həddini aşaraq, kişi və onun balaca oğlunun ölümünə səbəb olur. Qəzadan 1 saniyə əvvəl, donmuş zaman kəsiyində sürücülərdən biri digərini dayanmağa, onu və oğlunu öldürməməyə çağırır. Qəzanın günahkarı isə aşağıdakı sözləri deyir:

– Bağışla məni, mən bacarmayacağam, mən çox sürətlə gedirəm…

Bundan sonra faciə baş verir.

Video çox güclü təəssürat oyadır. Qaldırılmış mövzu isə təkcə yeni ilin ilk 9 günündə xeyli sayda qəzanın baş verdiyi, insanların yollarda həyatını itirdiyi ölkəmiz üçün xüsusilə aktualdır.

Ola bilsin ki, bu video insanları sürət həddinin aşılmasının nəticələri barədə düşünməyə məcbur edərək, kimlərinsə həyatını qurtaracaq.

[embedyt]http://www.youtube.com/watch?v=bvLaTupw-hk[/embedyt]

Son xəbərlər
Digər xəbərlər