16 C
Baku
Friday, April 19, 2024

Bağlanan 10 bankın əmanətçilərinə 651 mln. manatadək kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Fonddan verilən məlumata görə, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 41 mln. 747 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 51 mln. 48 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 26 mln. 136 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 887 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 121 mln. 818 min manatdan artıq kompensasiya verilib.

“Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 mln. 170 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 880 min manatdan artıq kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. manatdan artıq kompensasiya ödənilib.

“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 117 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. manatdan artıq kompensasiya ödənilib.

“Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 368 mln. 161 min manat artıq kompensasiya ödənişi baş tutub.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 650 mln. 979 min manatdan artıq kompensasiya ödənilib.

APA

Son xəbərlər
Digər xəbərlər