16 C
Baku
Thursday, March 28, 2024

Bağlanan 11 bankın qorunan əmanətçilərinə 747,943 mln. kompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğvedicisi olduğu 11 bankın qorunan əmanətçilərinə ödənilmiş kompensasiyaların yekun məbləğini açıqlayıb.

Banker.az-ın məlumatına görə, ləğv prosesində olan “United Kredit Bank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 3,55 mln. manat olmaqla onlardan 3,23 mln. manatı qorunan əmanətlər, o cümlədən 2,099 mln. manatı kompensasiya olunan əmanətlərdir. Qorunan əmanətçilərə ümumilikdə 1,837 mln. manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 87,5%-i) və 262 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 27 yanvar 2017-ci il tarixində başa çatıb və bu tarixə qədər qorunan əmanətçilərə 24,191 mln. (ümumi kompensasiya öhdəliyinin 97%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 4 fevral 2017-ci il tarixində başa çatıb və bu tarixə qədər qorunan əmanətçilərə 976 441 manat (ümumi kompensasiya öhdəliyinin 94%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 12 fevral 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərə 120,413 mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Parabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 1 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərə 43,222 mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,5%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 1 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərə 72,196 mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,3%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Kredobank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 1 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərə 27,914 mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,9%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Dekabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 1 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərə 3,088 mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,7%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Atrabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 22 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərə 14,352 mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 22 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərinə 2,004 mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 95,9%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Bank Standard” QSC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 10 oktyabr 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərinə 437,745 mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,2%-i) kompensasiya ödənilib.

Ümumilikdə ADİF 11 bank üzrə 747,943 mln. manatdan artıq kompensasiya ödəyib.

“Əmanətlərin sığortalanması haqqında” qanunun 28,4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28,3-cü maddəsində göstərilən müddət (kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ) əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

Son xəbərlər
Digər xəbərlər