6 C
Baku
Monday, December 16, 2024

Bağlanan 4 bankın əmanətçilərinə 34,3 milyon manatdan artıq kompensasiya ödənilib

“Parabank” ASC-nin qorunan əmanətçilərinə 13,8 milyon manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 15,2 milyon manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 3,6 milyon manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 1,7 milyon manatdan artıq kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fondundan verilən xəbərə görə, ümumilikdə 4 bank üzrə 34,3 milyon manatdan artıq kompensasiya ödənilib.

Nəzərə çatdıraq ki, 25 iyul 2016-cı il tarixdə sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin baş ofisinə, “Parabank” ASC-nin qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər.

Kompensasiya almaq üçün ərizə formalarını qorunan əmanətçilər 1 avqust 2016-cı il tarixindən etibarən sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən və Fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından əldə edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər