Bağlanan bank BOKT-u məhkəməyə verib

0

Ləğv prosesində olan “Bank of Azerbaijna” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (ADIF) 111 min manata yaxın cəmi borca görə BOKT-u məhkəməyə verib.

Banker.az xəbər verir ki, iddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “Union Kredit” Bank olmayan kredit təşkilatı MMC-nin və Süleymanov Kamran Musa oğlu kredit müqaviləsindən irəli gələn borc məbləğinin onların xeyrinə ödənilməsi xahişini edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Məhkəmənin qərarı isə bu olub:

“İddiaçı Ləğv prosesində olan “Bank of Azerbaijna” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “Union Kredit” MMC-yə və Süleymanov Kamran Musa oğluna qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması”na dair dair iddia ərizəsinin qəbulundan imtina edilsin.

İddiaçıya izah edilsin ki,iddia ərizəsinin qəbulundan imtina olunması, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində iqtisadi qaydada bu məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.

İddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın.
Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət verilə bilər.”