16 C
Baku
Friday, November 22, 2024

Bağlanan bank kreditə görə “Cahan Holdinq”in şirkətini məhkəməyə verib

Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziyası ləğv olunmuş “Bank of Azerbaijan” ASC “Cahan-Pen” MMC-ni məhkəməyə verib.

Banker.az xəbər verir ki, lisenziyası ləğv edilmiş bank “Cahan-Pen” MMC ilə bağlı Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə müraciət edib.

Müraciət etməsinə səbəb isə kredit müqaviləsi ilə bağlıdır, sədrlik edən hakim Elşən Salmanovdur.

Xatırladaq ki,  “Cahan Holding”ə daxil olan bu şirkətin Azərbaycanda satılan yerli profillərin və boruların 50 faizinin bu şirkətin payına düşdüyü bildirilir. Şirkətin profilləri Rusiya, Qazağıstan və digər MDB ölkələrinə ixrac edilir. Naxçıvanda fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər