6 C
Baku
Sunday, December 15, 2024

Bağlanan Bank məhkəmə qərarından apellyasiya şikayəti verib

Lisenziyası ləğv edilmiş “Parabank” ASC-nin əmanətçisi-mülkiyyətçisi tərəfindən Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ərizəsi əsasında məhkəmə qərarından apellyasiya şikayəti verib.

Banker.az Report agentliyinə istinadla məlumat verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası oktyabrın 21-nə təyin edilib.

İşə hakim Sərvət Hüseynovun sədrliyi ilə baxılacaq.

ELƏCƏDƏ OXU: Azərbaycanda əsas kapitala ən çox investisiya yatıran ölkə Britaniyadır

Qeyd edək ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Parabank” ASC-nin bank lisenziyası ləğv edilib. 22 iyul 2016-cı il tarixdən lisenziyası ləğv olunmuş bankın MBNP tərəfindən müvəqqəti inzibatçı təyin edilib. Palata “Parabank” ASC-nin məcburi ləğvi və Əmanətlərin Sığortalanması Fondunun 24.07.2016-cı il tarixdən etibarən bankın ləğvedicisi təyin edilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə ərizəni təmin edib. Həmin qərardan narazı qalan “Parabank” ASC-nin əmanətçisi-mülkiyyətçisi Həbib-Zadə Vəfa Həbib oğlu apellyasiya şikayəti verib.

Son xəbərlər
Digər xəbərlər