28 C
Baku
Saturday, June 25, 2022

Bağlanan “Bank Standard”ın Kreditorlar Komitəsinin Əsasnaməsi təsdiqlənir

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 oktyabr 2016-cı il tarixli qərarı ilə müflis elan edilən QSC “Bank Standard” KB  onun barəsində ləğv prosesinə başlanılıb. Bu barədə Bankın ləğvedicisi olan ADİF məlumatında bildirilir.

Məlumata görə, 25 noyabr 2016-cı il tarixində Fond “Bank Standard”ın Kreditorlar Komitəsinin yaradılmasına dair sorğu ilə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib. 30 noyabr 2016-cı il tarixində Palata Komitənin yaradılmasını məqsədəuyğun sayıb.

5 dekabr 2016-cı il tarixində Fond “Bank Standard”ın Kreditorlar Komitəsinin yaradılmasına dair sorğu ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. 29 dekabr 2016-cı il tarixində Məhkəmənin qərardadı ilə ləğv prosesində olan Komitənin yaradılması, onun tərkibinin müəyyənləşdirilməsi üçün təşkilatı işlərin və zəruri tədbirlərin görülməsi ADİF-ə həvalə edilib, Kreditorlar Komitəsi haqqında Əsasnamə təsdiq olunub. Hazırda bu istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Son xəbərlər
Oxşar xəbərlər