27 mart 2023-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “AGBank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
Banker.az xəbər verir ki, Daşınmaz əmlak, Qəbələ şəhəri, Mirzə Fətəli Axundov küçəsində istifadədə olan 0.12 ha torpaq sahəsində yerləşən (ü/s 94.49 kv.m) fərdi yaşayış evidir.
Daşınmaz əmlakın ilkin satış qiyməti 57 500 manatdır.