Ləğv prosesində olan kommersiya bankı “Azərbaycan Kredit Bankı” ASC-nin ləğvedicisi “Azerbaijan İnternational Consulting Company” MMC kreditor və debitorlarına müraciət edib.
Banker.az xəbər verir ki, ləğv prosesində olan “Azərbaycan Kredit Bankı” ASC-nin ləğvedicisinin fəaliyyət göstərdiyi rəsmi ünvan dəyişib.
2018-ci il sentyabrın 20-dən etibarən ləğvetmə tədbirləri “Azərbaycan Kredit Bankı” ASC-nin balansında olan binada – Bakı şəhəri, Nəsimi rayonu, S. Vurğun küçəsi, 58 nömrəli ünvanda aparılacaq.