-3 C
Baku
Wednesday, February 28, 2024

Bağlanan bankın sabiq filial müdiri lizinq şirkəti təsis edib

Azərbaycanda yeni lizinq şirkəti təsis edilib.

Banker.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən “AMB LİZİNQ” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib.

Lizinq şirkəti Bakı şəhəri Binəqədi rayonu, Cavad Xan, ev 2, m. 53 ünvanında dövlət qeydiyyatına alınıb və onun nizamnamə kapitalı 100 manatdır.

“AMB Lizinq” MMC-nin qanuni təmsilçisi Bakıxan Mürsəlov Məsim oğludur. Bakıxan Mürsəlov lisenziyası ləğv edilmiş “MuğanBank” ASC-nin sabiq “Mərkəz” filalının rəhbəridir.

 

Son xəbərlər
Digər xəbərlər