27 C
Baku
Saturday, July 27, 2024

Bağlanan bankın vəzifəli şəxsinin ibtidai istintaqı yekunlaşıb

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin vəzifəli şəxsi – Ramin Şərifovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Banker.az xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Ləğv etmə prosesində olan “Gəncəbank” ASC-nin ipoteka kreditlərində aşkar olunan pozuntuların araşdırılması nəticəsində bankın vəzifəli şəxsi R.Şərifov barəsində cinayət işi başlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, rüşvət vermə və vəzifə saxtakarlığı ittiham irəli sürülüb.

Məlumata görə, bankda baş verən rüşvət və mənimsəmə hallarının böyük bir hissəsi verilmiş ipoteka kreditlərinin payına düşür.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər