“X bank” QSC məhkəmə qaydasında müflis elan olunub. Bu halda, mövcud vergi borclarına görə, müəssisənin əmlakları siyahıya alına bilərmi?
Banker.az Dövlət Vergi Xidmətinə istinadən bildirir ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müflis elan olunmuş kredit təşkilatlarının əmlakı siyahıya alınmır.
Əsas: Vergi Məcəlləsinin 89.15-1-ci maddəsi.