20 C
Baku
Thursday, October 3, 2024

Bağlanan banklara 8 mln. depozit qoyub, hələ də qaytarılmayıb

Hesabatda məlum olur ki, “Bank Melli İran”nın Bakı filialının ləğvetmə prosesində olan “Texnikabank”a və “Atra Bank”a qoyduğu 8 mln. manat və ümümi yığılmış faiz məbləği geri qaytarılmayıb.

Banker.az xəbər verir ki, bu barədə əcnəbi bankın Bakı filialının 2017-ci il üzrə tərtib edilən audit hesabatında deyilir.

Belə ki, 31 dekabr 2017-ci il tarixinə “Texnikabank”a qoyulmuş umumi depozit məbləğinin qalığı 6,067,778 AZN (6,000,000 AZN əsas məbləğ və 67,778 AZN yığılmış faiz) qalmaqdadır.

Qeyd edək ki, Bank filialı 2015-ci ildə “Texnikabank” ASC-də 5 mln. manat və 1 mln. manat , ümümilikdə isə 6 mln. manat depozit yerləşdirmişdir. Sonra bu depozitlərin müddəti daha 6 aylıq müddətə uzadılmışdı.

Bundan əlavə, 31 dekabr 2017-ci il tarixinə Bank “Atrabank” ASC-yə qoyulmuş umumi depozit məbləğinin qalığı 2,009,000 (2,000,000 AZN əsas məbləğ və 9,000 AZN yığılmış faiz) olub və borc olaraq qalır.

Qeyd edək ki, bu banklarda yerləşdirilmiş pul vəsaitləri üçün dəyərsizləşmə üzrə ehtiyat 8,517,907 AZN (2016: 7,345,732 AZN) təşkil edir.

Mənfəətlə bitirib

Bank filialı ötən ilin 4 rübünü ümumilikdə 3 mln. manata yaxın ümumi fazi gəlirləri əldə etməklə, ili 6,92 mln. manat xalis mənfəətlə bitirib.

Hesabatı analiz etdikdə məlum olur ki, Filial ötən ildə ehtiyyatlardan ayrılan 8,66 mln manat hesabına xalis mənfəəti əldə edib.

Son xəbərlər
Digər xəbərlər