10 C
Baku
Wednesday, December 11, 2024

Bağlanan bankların ümumilikdə dövlətə 17 mln. manat vergi borcu var – SİYAHI

Azərbaycanda indiyə qədər bağlanan bir sıra bankların dövlətə böyük həcmdə vergi borcu qalıb və onların ödənişləri ilə bağlı hansısa irəliləyiş olmayıb.

Banker.az-ın araşdırmasına əsasən, müflis elan edilmiş 15 bankın dövlətə ümumilikdə 17.4 mln. manata yaxın vergi borcu var.

Məlumata əsasən ən iri borc isə “Texnikabank” ASC-nindir. 2016-cı ildə Maliyyə Bazarlarına Nəzarət Palatası (mandat bu qurumda idi həmin dövr) tərəfindən lisenziyası bu bankın borcunun həcmi 4.85 mln. manata çatıb. QSC “Bank Standard”ın, “AGBank” ASC, “NBCbank” ASC və “Dəmirbank” ASC kimi bankların hər birinin borcu 1 mln. manatın üzərindədir. Əsasən iri aktivləri olan banklar ən iri borca sahib olanlardır.

234234432423423443242

Banklar haqqında qanuna əsasən, bank müflis olunarkən öhdəliklər sırasında dövlətə olan vergi borcunun və digər öhdəliklərinin ödənilməsi sonuncu, 6-cı mərhələdə qaytarırılır.

  1. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər;
  2. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər;
  3. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri;
  4. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri;
  5. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri;
  6. dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər;
  7. təminatsız kreditorların tələbləri.

Qalan aktivlər bankın səhmdarlarına onların paylarına mütənasib surətdə qanunvericiliyə uyğun qaydada ödənilir.

Son xəbərlər
Digər xəbərlər