Ləğv prosesində olan “Zaminbank” ASC və “Gəncə Bank” ASC-nin adı yenidən iqtisadi məhkəmələrdə hallanıb.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, ləğv prosesində olan “Zaminbank”ın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “Nur kəndli fermer təsərrüfat”nı 2 milyon 962,47 manat məbləğində kredit borcunun ödənilməsi üçün Sumqayıt İnzibatı-İqtisadi Məhkəməsinə müraciət edib.
Digər 2016-cı ildə bank lisenziyazı ləğv edilən “Gəncəbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Gəncə İnzibatı-İqtisadi Məhkəməsinə müraciət edərək “Üzeyir” MMC-nin kredit borcunun ödənilməsi tələbini irəli sürüb. İddia olunan məbləğ isə açıqlanmayıb.