-1 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

Bağlanmaq təhlükəsi olan 2 əcnəbi kapitallı bank hansılardır?

Azərbaycan Mərkəzi Bankının (AMB) bankların kapitallaşması üçün qoyduğu tələbin müddətinə 2 ay qalıb. Yanvarın 1-dən sonra ölkədə fəaliyyət göstərəcək bankların sayı 40-dan az ola bilər. Belə ki, məcmu kapitalı 50 milyon manatdan az olan maliyyə təşkilatlarının lisenziyası ləğv ediləcək. 

Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov mətbuata verdiyi açıqlamada bildirib ki, kapitalla bağlı tələbi yerinə yetirməyəcək bankların sayı 5-6 ola bilər: “Bank kapitalının 99 faizini əhatə edən banklar Mərkəzi Bankın kapital tələbini yerinə yetirəcəklər. Bu bankların aktivləri ümumi bank aktivlərinin 1 faizi ətrafındadır”.

AMB sədrinin sözlərinə görə, tələbi yerinə yetirməyən banklardan ikisi xarici kapitallı bankdır: “Ümid edirik, xarici kapitallı banklar bir tədbir görəcəklər, hazırda onlar ilə danışıqlarımız gedir”.

E.Rüstəmov vurğulayıb ki, sözügedən maliyyə təşkilatlarında əhalinin əhəmiyyətli həcmdə əmanətləri olmadığından əmanətçilər və müştərilər üçün qorxulu bir hal yoxdur.

Əlbəttə, Mərkəzi Bank tərəfindən bağlana biləcək bankların adları açıqlanmır. Daha dəqiq desək, qurum statistik bülletenində məcmu kapitalı ilə bağlı bankların renkinqini açıqlamır. Bu səbəbdən əmanətçilər narahatlıq içindədir. Onlar qoyduqları depozitlərin batmasından ehtiyat edirlər. Araşdırma aparıb kapital tələbini hələ ki, yerinə yetirməyən bankları müəyyənləşdirməyə, onlarda yerləşdirilən əmanətlərin həcmini öyrənməyə çalışdıq.

E.Rüstəmovun fikrindən belə aydın olur ki, məcmu kapitalı 50 milyon manatdan aşağı olan bankların 2-si xarici kapitallıdır.

Bu banklar aşağıdakılar ola bilər:

Bank Melli Iran – – Bu bankın 30.06.2014-cü il tarixli maliyyə hesabatında məcmu kapitalının 21,2 milyon manat olduğu göstərilir. Hesabatdan məlum olur ki, bank bu istiqamətdə kapitallaşmanı artırmaq əvəzinə, əksinə geriləyib. Belə ki, ötən ilin sonunda onun məcmu kapitalı 21,5 milyon manat olub. Bankda yatırılan əmanətlərə gəlincə, burada cari hesablarla müştərilərin depozitləri birgə göstərilib. Bankın ikinci rübə dair hesabatında müştəri hesablarının 2,4 milyon manat təşkil etdiyi göstərilir.

Pakistan Milli Bankı – Bankın vəziyyəti heçdə yaxşı deyil.

United Kredit Bankı – Xarici kapitallı digər bank isə “United Kredit Bankı” hesab etmək olar. Çünki bu bankın əsas aksionerlərindən biri “Rusiya Kredit” (Moskva) ASC-dir. Bankın iyul ayına olan məlumatına görə, məcmu kapitalı 27,8 milyon manatdır. Depozitlərin həcmi isə (banklar və digər maliyyə müəssisələri istisna olmaqla) 8 milyon manat göstərilir.

Qeyd edək ki, Mərkəzi Bank məcmu kapital normasını yerinə yetirməyən bankların sadəcə BOKT olmasına şərait yaradacaq, oradakı deposit hesabları isə digər banklara köçürüləcək. Ola bilərki, sığortalanmamış depozitlərə bu aid deyil. Bu prosesin kifayət qədər vaxt aparacağı gözlənilir. Çünki , qeyd olunan bankların çoxu depozitləri kreditləşmə prosesinə yönəldiblər və həmən vəsaitin geri dönməsi kifayət qədər vaxt aparacaq.

Bir daha qeyd etmək istərdik ki, yuxarıda qeyd olunan banklar sadəcə proqnozlardır və onların nə dərəcədə reallığa uyğun olmasını 2015-ci ilin 1-ci rübü göstərəcək.

Bizimyol qəzeti

Son xəbərlər
Oxşar xəbərlər