13 C
Baku
Friday, April 19, 2024

Bağlanmış 11 bankın əmanətçilərinə 734,131 mln. manat kompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ötən il lisenziyası ləğv edilmiş 11 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 734,131 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 43,222mln. manat, “Zaminbank” ASC – 58,968 mln. manat, “Kredobank” ASC – 27,771 mln. manat, “Dekabank” ASC – 3,087 mln. manat, “Atrabank” ASC – 14,35 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC – 2,004 mln. manat, “Bank of Azerbaijan” ASC – 24,161 mln. manat, “Gəncəbank” ASC – 976 min manat, “Texnikabank” ASC – 120,458 mln. manat, “Bank Standard” QSC – 437,359 mln. manat, “United Credit Bank” ASC-nin qorunan əmanətçiləri isə 1,777 mln. manat kompensasiya alıblar.

Fond, həmçinin bəyan edib ki, ləğv prosesində olan “Bank of Azerbaijan”, “Gəncəbank” və “Texnikabank”ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 illik müddət müvafiq olaraq yanvarın 27-də, fevralın 4-də və fevralın 12-də başa çatıb. Bu banklar üzrə kompensasiya öhdəliyinin yerinə yetirilməsi nisbəti müvafiq olaraq 97%, 94% və 98,2%-dir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər