14 C
Baku
Saturday, November 16, 2024

Bağlanmış 4 bankın əmanətçilərinə 550 milyon manat konpensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış “AG Bank”, “Amrah Bank”, “NBC Bank” və “Ata Bank” üzrə 23 min 370 əmanətçiyə 547 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

“Banker.az” Əmanətlərin Sığortalanması Fonduna istinadla bildirir ki, “Atabank”ın 9,5 min əmanətçisi 221 milyon manat, “Amrah Bank”ın 5,7 min əmanətçisi 133,8 milyon manat, “AGBank”ın 4,3 min əmanətçisi 81,5 milyon manat, “NBC Bank”ın isə 4 min əmanətçisi 115,2 milyon manat kompensasiya alıb.

“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

 

 

Son xəbərlər
Digər xəbərlər