13 C
Baku
Saturday, November 16, 2024

Bağlanmış 4 bankın əmanətçilərinə ödənilən məbləğ açıqlandı

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) indiyə qədər ləğvedicisi olduğu “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 23 min qorunan əmanətçisinə 560,7 milyon manat kompensasiya ödəyib.

Banker.az xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, “Atabank”ın 9.5 min əmanətçisi 222,4 milyon manat, “Amrah Bank”ın 5,6 min əmanətçisi 136,6 milyon manat, “AGBank”ın 4.3 min əmanətçisi 86.4 milyon manat, “NBC Bank”ın isə 4,0 min əmanətçisi 115,2 milyon manat kompensasiya alıb.

“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyaların ödənişi  “Kapital Bank” ASC vasitəsiylə həyata keçirilib.

“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyaların ödənişi “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsiylə ödənilir.

“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, ADIF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Son xəbərlər
Digər xəbərlər