8 C
Baku
Monday, November 18, 2024

Bağlanmış bankın daşınmaz əmlakı hərraca çıxarılır – Qiymət

06 iyun 2022-ci il saat 11:00-da “Xəzəryanı ixtisaslaşdırılmış hərrac mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan QSC “Bank Standard” KB-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır. 

Daşınmaz əmlak, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0.199 ha torpaq sahəsində 97 nömrəli, 3 mərtəbəli binada yerləşən 45.0 kv.m yaşayış sahəsindən ibarət 7 nömrəli  mənzildir.

Daşınmaz əmlakın ilkin satış qiyməti  360.000 manatdır. 

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. 

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəh., Nəsimi r-nu, Azadlıq pr-ti, ev 89, mən 1. Tel: (+994 12) 511-00-94; Mob: ( +994 70 )  311-00-94

 

Son xəbərlər
Digər xəbərlər