21 C
Baku
Wednesday, October 5, 2022

“Bahalanmaya göz yummaq olmaz” – Vahid Əhmədov

“Ölkədə Novruz bayramı öncəsi qiymətlərin qalxması faktdır və bunu danmaq olmaz”.

Bunu “Azadlıq” radiosuna deputat, iqtisadçı Vahid Əhmədov deyib.

V.Əhmədov vurğulayıb ki, artıq Azərbaycanda bayram öncəsi qiymət artımı “ənənə” halını alıb: “Ola bilər ki, burada sahibkarların, adi ticarətçilərin, möhtəkirlərin öz payı var. Amma bu xalqı qiymətlərin qalxması problemindən azad etmir. Buna göz yummaq olmaz. Hazırda bahalanma inkarsız faktdır”.

V.Əhmədov qeyd edib ki, xüsusilə ərzaq mallarında bahalanma özünü daha açıq şəkildə göstərir.

Deputat ətin bahalanmasına da toxunub: “Keçən il mal ətinin bir kiloqramı 8-9 manat idi. İndi isə 12-13 manata qalxıb. Bu da aydındır ki, ölkədə kifayət qədər ət olsaydı, qiymətlər bu qədər bahalaşa bilməzdi”.

Son xəbərlər
Oxşar xəbərlər