Azərbaycanilin soyuq aylarında xaricə ixrac etdiyi təbii qazın həcmini cari ildə azaldıb, amma dünya bazarlarında qazın bahalaşması ona 4 dəfəyə yaxın artırıb.
Bu barədə Banker.az Dövlət Gömrük Komitəsinin təqdim etdiyi statistikaya istinadən xəbər verir.
2022-ci ilin ilk dörd ayı ərzində 7.23 mlrd. kub metr həcmində təbii qaz ixrac edilib ki, bunun da dəyəri 4 mlrd. 178 mln. ABŞ dolları təşkil edir. Azərbaycan 2021-ci ildə 7.84 mlrd. kub-metr həcmində təbii qazı 1 mlrd. 131.48 mln. dollara satmışdı. Bu da 2022-ci ildə miqdar baxımdan ixracın 8% azalması deməkdir. Lakin bu enerji daşıyıcısndan gəlirlər göründüyü kimi 3.7 dəfə artıb.
2022-ci ilin yanvar ayında 1.61 mlrd., fevralda 2.35 mlrd., martda 1.72 mlrd. və apreldə isə 1.55 mlrd. kub metr həcmində təbii qaz satılıb.
Qeyd edək ki, Avropa birjalarında təbii qazın qiyməti Rusiya-Ukrayna müharibəsi fonunda kəskin bahalaşaraq min kub metri üçün bəzi hallarda 2000 dolları ötüb.