11 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı – Siyahı

Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox
bahalaşma qarabaşaq yarmasının, peçenyenin, makaron məmulatlarının, unun, düyünün,
kolbasa məmulatlarının, toyuq, mal və qoyun ətinin, təzə balığın, kəsmiyin, xamanın,
qatılaşdırılmış şəkərli südün, pendirin, yumurtanın, kərə və günəbaxan yağlarının, süfrə
marqarininin, üzümün, bananın, armudun, pomidorun, xiyarın, badımcanın, bibərin,
kələmin, kartofun, soğanın, sarımsağın, mərcinin, yerkökünün, şəkər və şəkər tozunun,
konfetlərin, təbii balın, çay, qəhvə və kakao tozunun, kola içkisinin, arağın qiymətində olub.

Ucuzlaşma isə əsasən naringinin, limonun, kivinin, narın, heyvanın, xurmanın, almanın, balqabağın, çuğundurun qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Son xəbərlər
Oxşar xəbərlər
X