Bahalı neft və FED-in faiz artımı gözləntiləri dünya bazarlarını aşağı çəkir

ABŞ-nin S&P 500 indeksi üzrə fyuçerslər 0,72% azalaraq 7 671,75 bəndə düşüb. Bazar ertəsi S&P 500 indeksi 0,48% geriləyərək 7 620,87 bənd, Dow Jones 0,28% azalaraq 52 422,99 bənd, Nasdaq 100 isə 0,82% ucuzlaşaraq 29 128,18 bənd səviyyəsində bağlanıb.

Əvvəlki ticarət sessiyasında investorların diqqət mərkəzində aparıcı süni intellekt şirkətlərinin texnologiyanın tətbiqi tempinin azaldılması ilə bağlı çağırışları olub. Bunun fonunda Nvidia səhmləri 3,36%, AMD 4,4%, Intel 5,6%, Super Micro isə 9,4% ucuzlaşıb.

Treyderlər yüksək neft qiymətlərindən də narahatdırlar. Bu səhər Brent markalı neft üzrə fyuçerslər bir barel üçün təxminən 107,5 dollar, WTI isə 103,3 dollar səviyyəsində ticarət olunur.

Bu gün ABŞ Federal Ehtiyat Sistemi (FED) pul-kredit siyasəti ilə bağlı ikigünlük iclasına başlayacaq. İclasın nəticələri sabah açıqlanacaq. Bazar iştirakçılarının əksəriyyəti tənzimləyicinin faiz dərəcəsini 3,75–4% diapazonuna qaldıracağını gözləyir.

FED-in faiz artımı gözləntiləri fonunda ABŞ dövlət istiqrazlarının gəlirliliyi yüksəlir. Xüsusilə, 10 illik ABŞ xəzinədarlıq istiqrazlarının gəlirliliyi dünən 2023-cü ilin pik səviyyəsini ötüb, bu gün isə 2007-ci ildən bəri ən yüksək həddə çatıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər