10 C
Baku
Saturday, December 21, 2024

Azərbaycanda bahalı zəfəran yetişdirən şirkətə yeni rəhbər gəlib

Azərbaycanda bahalı zəfəran yetişdirən “Absheron Saffron LTD” MMC-nin direktoru dəyişib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, Fikrəd Cəfərov Məmməd oğlu vəzifəsindən azad edilib, onun yerinə Mehman Əliyev Məmmədağa oğlu təyin edilib.

“Abşeron Saffron” Ltd 2016-cı ildə Zirə qəsəbəsində yaradılıb və 180.4 min nizamnamə kapitalına sahibdir.

Şirkət Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

Müəssisədə Avropa ölkələrinin qabaqcıl texnologiyalarının tətbiqi ilə zəfərandan mürəbbə və limonad istehsal edir.

Son xəbərlər
Digər xəbərlər