12 C
Baku
Saturday, November 23, 2024

Baham adaları “FTX” kriptobirjasının aktivlərini dondurub

“FTX Digital Markets” kriptobirjasının aktivləri Baham adlarının Qiymətli Kağızlar Komissiyası tərəfindən dondurulub. Tənzimləyici bu qərarını aktivlərin qorunması və likvidlik böhranı ilə üzləşən birjasının sabitləşdirilməsi zərurəti ilə izah edib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Baham hökuməti həmçinin şirkət üçün müvəqqəti likvidator təyin edib. Agentliyin məlumatına görə, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası kriptobirjanın baş direktoru Sem Benkman-Fridə qarşı araşdırmaya başlayıb.

Yaxın günlərdə etibarsız aktivlərlə bağlı xəbərlər fonunda istifadəçilər sürətlə kriptovalyutaları satmağa başlayıblar, bu da bitkoinin çökməsinə gətirib çıxarıb.

Son xəbərlər
Digər xəbərlər