26 C
Baku
Wednesday, April 24, 2024

Bahar təmizliyini sizə sevdirəcək – 8 ELEKTRONİK ƏŞYA

®Novruz hazırlığı dedikdə hər kəsin ağlına ilk növbədə milli şirniyyatların hazırlanması, səməni cücərdilməsi, yumurta bəzədilməsi kimi adətlər gəlir. Lakin uzun illərdir tariximizdə yaşadılan ən önəmli adətlərdən biri də bahar təmizliyidir.
Təmizlik hissi çox gözəldir, amma  bir həqiqət də var ki, ev işlərini az adam sevir. 

Bu məqalədə sizə ev işini sizə sevdirəcək, vaxtınıza qənaət etdirəcək elektronika əşyaları barədə danışacağıq. Bahar təmizliyini bu köməkçilərsiz təsəvvür etmək olmaz:

Tozsoran: Hər gün yox, demək olar hər saat yenilənən texnologiyaya baxmayaraq ənənəvi tozsoranlar böyük əksəriyyət arasında öz aktuallığını qoruyub saxlayır. Ənənəvi tozsoranlar dedikdə Philips modellərindən yan keçmək mümkün deyil. Philips tozsoranı öz seqmentində ən yaxşılarından olub 1800 Vt-luq dayanıqlı mühərriki və 360 Vt-a qədər sovurma gücü ilə hər tərəfli təmizlik təklif edir. Modelin “Multiclean” başlığı istənilən döşəmə örtüyü ilə rahatlıqla uyğun gəlir. 

Müasir tozsoranlara nəzər yetirdikdə isə naqilsiz modellər misilsiz icadlar sırasında yer ala bilər. Təmizlik rejimini, batareya səviyyəsini və digər məlumatları displeyində əks etdirən asan idarəetmə panelli Xiaomi naqilsiz tozsoranı ilə təmizlik əyləncə halına gələcəkdir. Bəhs edilən model 65 dəqiqəyə qədər işləmə müddəti ilə hətta çox böyük evlərin təmizlənməsi üçün ideal seçimdir. 

Gəldik minimal həcmli bir qurğu olub, özündə həm nəm, həm quru təmizləmə rejimini birləşdirən Xiaomi robot tozsoranına. Xiaomi robot tozsoranı professional şəkildə əl ilə təmizliyi təqlid edib, iki istiqamətə-sağa və sola hərəkət edərək döşəmələri həm təmiz, həm də parlaq edir. Həm vaxtınızı, həm də enerjinizi qorumaq üçün robot tozsoranlar ən effektiv cihazlardır. 

Buxarlı təmizləyici: Başqa unikal ev təmizlik vasitələrindən bir digəri isə şübhəsiz ki, Buxarlı Deerma Dem modeli ola bilər. Bu çoxfunksiyalı buxar təmizləyicisi evinizdə bakteriyalardan qorunmağı təmin edəcək. Çünki sözügedən cihaz 99% bakteriyaları təmizlik zamanı məhv edir. Döşəmə ilə yanaşı, yumşaq mebellərin, xalçaların, pərdələrin, çətin çıxan çirk və yağların təmizlənməsi üçün də buxar təmizləyicisindən istifadə edə bilərsiniz. Xüsusilə azyaşlı uşaqların və ev heyvanlarının yaşadığı evlərdə bu təmizlik aləti sağlamlığın və gigiyenanın əsas müdafiəçisi olacaq. 

Paltaryuyan: Bir evin olmazsa olmazı dedikdə artıq hamının ağlına televizor yox, məhz paltaryuyan gəlir. Bazarda həddindən artıq geniş paltaryuyan seçimi ola bilər. Lakin biz sizin üçün ən dözümlü və etibarlı paltaryuyan modellərini müəyyən etməyə çalışmışıq. Məsələn 14 yuma proqramlı LG paltaryuyanına nəzər salsaq modelin qənaət, gecə rejimi, uşaq, qara və idman paltarlarının yuyulması, super durulama, həmçinin digər funksiyalarını görə bilərik. 1 tam dövr üçün cəmi 48 l su sərf edən bu paltaryuyan 7 kq maksimal yüklənmə özəlliyinə sahibdir. 

Digər tövsiyə edə biləcəyimiz sevilən modellərdən biri isə 8 kq tutumlu Bosch paltaryuyanıdır. Paltaryuyan artıq işə düşüb, siz isə hər hansı paltarınızı maşına qoymağı unutmusunuz? Heç narahat olmayın. Çünki “Bosch”un “Reload” funksiyası yuma zamanı paltar əlavə edilməsinə imkan yaradır. Üstəlik bu paltaryuyanda həssas və qıcıqlanan dərilər üçün “AllergyPlus” yuma proqramı mövcuddur. 

Qabyuyan: Yemək bişirməyi çox sevirsiniz, amma qab yumaqla heç aranız yoxdur? Onda qabyuyan maşınlar əsl sizlikdir. İndi heçnə sizi yeni yemək təcrübələrindən məhrum edə bilməyəcək. Çünki qab yumaq işini mətbəx dostu Electrolux qabyuyanı görəcək. 13 dəst tutumlu, A+ enerji sinfinə aid bu qabyuyanla qablarınız ən qısa zamanda 100% təmiz olacaq. Novruz süfrənizə ürəyiniz istəyən qədər qonaq çağırın və çirkli qabları dərd etməyin. 

Hava təravətləndirici: Bahar təmizliyi başa çatdı. İndi isə otaqların havasını dəyişmək vaxtıdır. Beurer hava təravətləndiricisi ilə sevdiyiniz qoxuları bütün otağa incə bir şəkildə yaya bilərsiniz. Cihazın işıqlarını ruh halınıza uyğun tənzimləyin və evinizdə ən xoş bayram atmosferini yaradın. 

“Kontakt” bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz Bayramı münasibətilə təbrik edir!

Xatırladaq ki, ölkənin ən aparıcı pərakəndə satış şəbəkələrindən olan “Kontakt” hazırda “Dyson”, “Electrolux”, “WAHL”, “Toshiba”, “Black&Decker”, “Hoffmann” kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distributoru, “Samsung”, “LG”, “Bosch”, “Huawei”, “Realme”, “Sony”, “Panasonic”, “BQ”, “Sonorous”, “Elari”, “Thomas”, “Beurer”, “Karcher”, “H Gala”, “Cassore”, “Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distributoru, “Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir.

Hazırda şəbəkənin ölkə üzrə ümumilikdə 35 mağazası, Gürcüstanda 1 mağazası və kontakt.az onlayn mağazası fəaliyyət göstərməkdədir. 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər