19 C
Baku
Monday, May 27, 2024

Bailong –dünyanın ən hündür lifti

Lift Bailong – Çinin Xuan əyalətində yerləşir və turistləri 360 metr hündürlükdə yerləşən olduqca maraqlı bir zirvəyə qaldırır. Bu məkandan sıldırım qayalı çox füsunkar bir təbiətə mənzərə açılır.

Liftin ikimərtəbəli kabinəsinə 50 insan yerləşə bilər. Kompleksdə ümumilikdə ağırlıq qaldırma gücü 3750 kq olan 3 belə lift vardır, əlbəttə ki, liftin divarları şəffafdır.

Liftin inşaatı ilə bağlı işlər 1999-ci ildə başlayıb, 2002-ci ildə başa çatmışdır. tikilinin dəyəri 18 milyon dollar təşkil edir.

Qaldırıcı lift layihəsinin YUNESKO tərəfindən qorunan belə bir qoruq məkanında yerləşməsi ekoloqların çox hiddətli narazılığına səbəb olmuşdur. Lift kolonnaları minlərlə yerdə kvars qum daşlarına montaj edilməli idi.

Zəlzələ qeydə alan cihazlar ilə təchiz olunması və təhlükəli məqamlarda işə düşəcək mühafizə sistemi hər üç lift vasitəsi ilə qısa bir müddətdə yuxarıdakı bütün turistləri evakuasiya etməyə icazə verməlidir.

Bu tikili Ginnesin rekordlar kitabına – kabinədən açıq görünüşü olan ən hündür lift, ən hündür ikimərtəbəli ekskursiya lifti, ən sürətli sərnişin lifti və ən güclü lift kimi daxildir.

elevator

Son xəbərlər
 ⁠
Digər xəbərlər