Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatına üç ixtisas daxil edilib.
Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.
Qeyd olunan Qərar ilə Azərbaycan Respublikası Nazilər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”na 050811 Ümumi fiziki hazırlıq, 050812 Kütləvi-sağlamlaşdırıcı idman, 050813 Adaptiv bədən tərbiyəsi ixtisasları daxil edilib.