17 C
Baku
Wednesday, May 22, 2024

Bakalavriat və magistraturada əyani təhsil “fulltime” və “parttime” formalarında həyata keçiriləcək

Nazirlər Kabineti “Formal təhsilin təşkili Qaydaları”nda dəyişiklik edib.

İndiyə qədər formal təhsil qanunvericiliklə müəyyən edilmiş əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları vasitəsilə həyata keçirilib.

Dəyişiklik isə formal təhsilin əyani formasının tədrisə tam cəlb olunma – “fulltime” və tədrisə qismən cəlb olunma – “parttime” formalarında olmasını nəzərdə tutur. Başqa sözlə, ali təhsil (bakalavriat və magistratura) və təkrar ali təhsil üzrə əyani təhsil “fulltime” və “parttime” formalarında həyata keçiriləcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər