22 may 2026 il saat 12.00-da “Bakavtoservis” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. İcra orqanının seçilməsi.
2.Cəmiyyətin Direktorlar (Müşahidə) şurasının sədr və üzvlərinin seçilməsi.
3. Cəmiyyətin 2025-ci il üçün maliyyə təsərrüfat fəaliyyətinin təhlili və təsdiqi.
4. Digər məsələlər
Xatırladaq ki, “Bakavtoservis” 2000-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 299 800 manatdır və qanuni təmsilçisi Musa Süleymanovdur.







