27 C
Baku
Bazar, May 29, 2022

“Bakcell” 10 martdan bu mobil cihazlarda istifadəni məhdudlaşdıracaq

“Bakcell” MMC öz abunəçilərinin nəzərinə çatdırır ki, daha müasir texnologiyaların tətbiqi və göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılan təkmilləşdirmə işləri çərçivəsində 10 mart 2022-ci ildən etibarən A5/1 standartını dəstəkləyən mobil cihazlardan istifadə məhdudlaşdırılacaq.

 Əhalinin mobil xidmətlərə, o cümlədən yüksəksürətli mobil internetə artan tələbatı ilə əlaqədar olaraq istifadəçilər, minimal gecikmə ilə irihəcmli məlumatların sürətli ötürülməsinə imkan yaradan 4G xidmətlərdən daha çox istifadə edilməsinə üstünlük verirlər. Buna müvafiq olaraq, hazırda yeni nəsil mobil rabitə şəbəkələri, xüsusilə də 4G şəbəkəsinin əhatə zonası genişləndirilir.  Odur ki, 2G şəbəkəsi üzərindən yalnız A5/1 standartı ilə işləyən mobil cihazların istifadəçilərindən öz cihazlarının yenilənməsi xahiş olunur.  Bu proses tədricən respublikamızın bütün ərazisində həyata keçiriləcək. Qeyd olunan məhdudlaşdırma tətbiq olunan rayon və şəhərlərdə yaşayan abunəçilərə əvvəlcədən məlumat xarakterli SMS göndəriləcək.

Digər standartları dəstəkləyən texnologiyalardan istifadə edən abunəçilər isə hər hansı bir çətinliklə qarşılaşmayacaqlar.

Son xəbərlər
Oxşar xəbərlər