Bakcell 2 şəxsi məhkəməyə verdi

Bakcell MMC iki şirkəti məhkəməyə verib.

Banker.az Report-a əsasən xəbər verir ki, bununla bağlı mobil operator 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Bakcell-in iddia qaldırdığı şirkətlər ona borcu olan “Israil Ahmadov Investment” və “Azərinşaatservis” MMC-lərdir. İddiaya görə, şirkətlər mobil operatorla imzaladıqları müqavilə üzrə tələbləri yerinə yetirməyiblər. Hər iki iddia üzrə keçiriləcək məhkəməyə sədrliyi hakim Fərid Mədətli edəcək.