15 C
Baku
Friday, April 26, 2024

“Bakcell” Azərbaycanın iri inşaat şirkətini məhkəməyə verib

Azərbaycanın ikinci ən böyük abunəçi bazasın sahib olan “Bakcell” MMC Azərbaycanda iri enerji şirkətini borca görə məhkəməyə verib.

Banker.az bildirir ki, mobil operator Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, “Azenco” ASC-dən (Azerbaijan Energy Constraction) GSM müqaviləsindən irəli gələn xidmət haqqının mobil operatorun xeyrinə verilməsini istəyib.

“Azenco”nun borcu isə cəmi 930 manatdır.

Mobil operatorla inşaat şirkəti arasında müqavilə 2017-ci ilin dekabrında imzalanıb, 2019-cu ilin avqustunda bu ödəniş həyata keçirməliymiş.

Bakı Kommersiya Məhkəməsi mobil operatorun iddiasını qəbul edib.

“Azenco” ASC su və istilik elektrik stansiyaları, yüksək gərginlikli elektrik verilişi xətləri, elektrik enerjisinin paylanması sisteminin tikintisi və inkişafı, su və kanalizasiya sistemləri də daxil olmaqla energetika sahəsində “Layihələndirmə, tikinti və satınalma” müqavilələrini həyata keçirən enerji tikinti şirkətidir.

Şirkət SOCAR-a daxil olan şirkətlər və istehsalat birlikləri, AzerEnerji kimi böyük şirkətlərin podratçısıdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər