27 C
Baku
Saturday, July 27, 2024

“Bakcell” işçilərinin sayını azaldıb, xalis mənfəətini böyüdüb

Azərbaycanda ilk mobil operator olan “Bakcell” MMC-nin 2019-cu il üzrə xalis mənfəəti 45.89 milyon manat olub. Bu 2018-ci ildəki xalis mənfəətdən (32.23 milyon manat) 42.4% artıqdır.

Banker.az bu barədə bankın illik hesabatına istinadən bildirir.

Mobil operator 2019-cu il ərzində 363.36 milyon manat gəlir əldə edib, bu da illik müqayisədə 8.7% artım deməkdir.

Telekommunikasiya şirkətinin xərcləri hesabat ilində 317.45 milyon manat olub. Bunun 228.48 milyon manatı (+9.6%) əməliyyat xərcləri, 59.2 milyon manatı (+7.5%) işçilərinin əməkhaqqı xərcləri, 14.21 milyon manatı (+18.1%) kapital təchizatı xərcləri, 4.66 milyon manatı (+9.6%) şirkətə investisiyalar, 16.41 milyon manatı (-10.7%) DSMF xərcləri təşkil edib.

Xərclərində azalma DSMF-ə ödənişlərində müşahidə edilib. Şirkət bu xərclərini 10.7% kiçildib.

1 yanvar 2020-ci il tarixinə “Bakcell”in işçilərinin sayı 1 368 nəfər təşkil edib, o cümlədən, 832 nəfəri kişi, 536 nəfəri qadın təşkil edib. Bir il öncəki göstəriciləri ilə müqayisədə əməkdaşlarının sayı 84 nəfər azalıb. Öncəki ildə 1 452 işçidən 904 nəfəri kişi, 548 nəfəri qadın olub.

Telekommunikasiya şirkəti 1996-cı ildə təsis edilib. Şirkətin səhm kapitalı 9.91 mln manatdır. Şirkətin kapitalı Neqsol Holdinq-ə aiddir.

Son xəbərlər
Digər xəbərlər