Azərbaycanın üç mobil operatorundan biri “Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyətin hüquqi ünvanı dəyişdirilib.
Banker.az xəbər verir ki, mobil operatorun hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti 153-dən (Port Baku) Xətai Rayonu, 8 Noyabr, ev 113-ə köçüb.
Xatırladaq ki, “Bakcell” 1996-cı ildə yaradılıb, 9 998 000 manat nizamnamə kapitalına sahibdir. Telekommunikasiya şirkəti “Neqsol Holding”in strukturundadır.