5 C
Baku
Wednesday, February 21, 2024

“Bakcell” qiymətləri artırdı

“Bakcell” MMC öz abunəçilərinin nəzərinə çatdırır ki, 21 iyun 2022-ci ildən etibarən “arxiv” kateqoriyasına aid bir sıra tariflərə aşağıda qeyd olunan dəyişikliklər ediləcək:

–  SevimliCIN və GÜNBOYU 0  tariflərində şəbəkədaxili zənglərin tarifikasiya müddəti 60 saniyə, şəbəkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti isə 0.08 AZN təşkil edəcək. Hal-hazırda isə SevimliCIN və GÜNBOYU 0-da Şəbəkədaxili 1 dəqiqənin qiyməti 0.06 AZN təşkil edir.

–   CINeration tarifində ölkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti 0.09 AZN, GəlirliCIN tarifində isə ölkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti 0.08 AZN təşkil edəcək; Həmçinin indi GəlirliCIN tarifində isə ölkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti 0.06 AZN, CINeration tarifində isə 0.07 AZN-dir.

– CIN 1 tariflərində:

Bakı və Abşeronda həftəlik abunə haqqı ödəndikdə ölkədaxili zənglərin 1 dəqiqəsi 0.08 AZN, ödənilmədikdə isə şəbəkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti 0.08 AZN təşkil edəcək. Hazırda Bakı və Abşeronda həftəlik abunə haqqı ödəndikdə ölkədaxili zənglərin 1 dəqiqəsi 0.06 AZN, ödənilmədikdə isə şəbəkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti 0.06 AZN-dir.

Regionlarda həftəlik abunə haqqı  ödəndikdə ölkədaxili zənglərin 1 dəqiqəsi 0.04 AZN, ödənilmədikdə isə şəbəkədaxili zənglərin 1 dəqiqəsi 0.04 AZN, şəbəkəxarici zənglərin 1 dəqiqəsinin qiyməti isə 0.08 AZN təşkil edəcək. İndi Regionlarda həftəlik abunə haqqı  ödəndikdə ölkədaxili zənglərin 1 dəqiqəsi 0.03 AZN, ödənilmədikdə isə şəbəkədaxili zənglərin 1 dəqiqəsi 0.03 AZN, şəbəkəxarici zənglərin 1 dəqiqəsinin qiyməti isə 0.06 AZN-dir.

Son xəbərlər
Digər xəbərlər