10 C
Baku
Thursday, December 12, 2024

“Bakcell” və “Nar”da vakansiyalar var – İŞ ELANI

Sabit və Konvergent Məhsulların İnkişaf etdirilməsi üzrə Baş Mütəxəssis – Bakcell

Vakansiya haqqında

İdarə : Marketinq
İş qrafiki : Standart
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 04.01.2018

Sizin əsas vəzifə öhdəlikləriniz

*WTTX, OTT TV, FMC portfelini  idarə etmək və biznes yönümlü nəticələr əldə etmək
*FMC, OTT, WTTX portfeli  üzrə yol xəritəsi planını hazırlamaq və icra etmək
*Məhsulların İnkişaf etdirilməsi istiqamətində müvafiq Departamentlərlə əlaqə yaratmaq
*Məhsulun alışından istifadəsinədək müştəri məmnuniyyətini təmin etmək
* TV və FMC seqmenti üçün səmərəliliyi təmin etmək
* Müvafiq hesabatlar hazırlamaq
*Cihazlarla bağlı hesabatların, satış göstəricilərinin, avadanlığa nəzarət və FMC cihazlarının sınaqdan keçirilməsini idarə etmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

*Marketinq, İqtisadiyyat, Mühəndislik və ya İT üzrə Ali təhsil (MBA təhsili üstünlük hesab olunur)
*Marketinq, Texniki, İT, Məhsulların İnkişaf etdirilməsi  və ya Biznesin İdarəedilməsi üzrə 3-4 il iş təcrübəsi
*Telekommunikasiya, Fiber Optika və ADSL  sahəsində iş təcrübəsi üstünlük hesab edilir

Sizdən tələb olunan bacarıq və səriştəliklər

*Analitika qabiliyyəti
*Təzyiq altında işləmə bacarığı
*Mükəmməl Power Point və Excel biliyi
*Azərbaycan və İngilis dillərini mükəmməl bilmək (Rus dili biliyi üstünlük hesab olunur)

Müraciət etmək üçün

CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda  ‘’Sabit və Konvergent Məhsulların İnkişaf etdirilməsi üzrə Baş Mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


Məhsullarının İnkişafı üzrə Mütəxəssis – Nar

Vakansiya haqqında

İdarə : Marketinq
İş qrafiki : Standart
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 04.01.2018

Sizin əsas vəzifə öhdəlikləriniz

* Şirkətin kommersiya məqsədləri, sistem imkanları/potensialı və bazar tələbatına uyğun məhsul və xidmətlərin biznes tələblərinin hazırlanması
* Məhsul və xidmətlər üçün biznes əsaslandırmaların hazırlanması, təqdim edilməsi və əsaslandırmaların məqsədə çatmasına nəzarət
* Şirkətin kommersiya məqsədlərinə uyğun olaraq, məhsul və xidmətlərin ƏSG-in müəyyən edilməsi,  icrasının ƏSG üzrə getməsinə nəzarət və hesabatların hazırlanması
* Məhsul və xidmətlərin istifadəyə verilməsini koordinasiya və idarə edilməsi
* Məhsul və xidmətlərin icrasının mütəmadi olaraq təkmilləşdirilməsi və müvafiq düzəliş və önləyici tədbirlərin alınması

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

* İqtisadiyyat, Maliyyə və ya Marketinq üzrə Ali təhsil (MSc və ya MBA əlavə üstünlük hesab edilir)
* Məhsul Marketinqi və ya müvafiq sahələrdə ən azı 2 il iş təcrübəsi (Telekommunikasiya sahəsində təcrübə əlavə üstünlük hesab olunur)

Sizdən tələb olunan bacarıq və səriştəliklər

* Bütövlük
* Müştəri yönümlü
* Komanda işi və əməkdaşlıq
* Nəticə yönümlü
* Layihələri idarə etmə bacarığı
* Strukturlu və metodoloji düşünmə qabiliyyəti
* Davamlı  təkmilləşmə
* Yüksək dəqiqlik və detallara diqqət yetirmə
* Gərgin iş rejimi və məhdud zaman çərçivəsində işləmə bacarığı
* Paralel olaraq müxtəlif layihə, tapşırıqları idarə etmə və təqib etmə qabiliyyəti
* Yeniliklərə öyrənməyə yüksək motivasiyalı
* Azərbaycan və İngilis dillərini mükəmməl bilmək, Rus dili əlavə üstünlükdür
* MS Office proqramlarını bilmək
* Qeyri-iş saatlarında işləmə imkanı

Müraciət etmək üçün

CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda  ‘’Məhsullarının İnkişafı üzrə Mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər