17 C
Baku
Tuesday, April 30, 2024

Bakcell Zəngilanın Ağalı kəndində mağaza açdı

®19 may 2023-cü il tarixində Zəngilan rayonunun Ağalı kəndində yeni Bakcell mağazası fəaliyyətə başladı. 

Yeni Bakcell mağazasında Ağalı sakinlərinə şirkətin məhsul və xidmətlərinin geniş çeşidi, həmçinin mobil nömrələr və aksesuarlar təklif edilir. Mağazanın açılışında Bakcell şirkəti və yerli qurumların nümayəndələri ilə yanaşı Ağalı kəndinin sakinləri də iştirak edib. 

Açılış mərasimi xüsusi olaraq uşaqlar üçün hazırlanmış əyləncə proqramı ilə yadda qalıb. Ağıllı kəndin gənc sakinləri üçün xoş sürpriz kimi tədbirdə müxtəlif oyunlar və şən yarışlar keçirilib, uşaqlara maraqlı hədiyyələr təqdim edilib. 

“NEQSOL Holding”in tərkibinə daxil olan Bakcell şirkəti hazırda “Bakcell ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir.

aIMG 0174 aIMG 0643 aIMG 0725 aIMG 0738 aIMG 0914 aIMG 0931 aIMG 0944

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər