25 C
Baku
Sunday, July 21, 2024

Baker Tilly “Azərbaycan Respublikasının vergi qanunvericiliyində edilmiş son dəyişikliklər” mövzusunda seminar keçirib

“Baker Tilly” şirkətinin təşkilatçılığı ilə 16 yanvar 2019-cu il tarixdə Four Seasons otelində “Azərbaycan Respublikasının vergi qanunvericiliyində edilmiş son dəyişikliklər” mövzusunda seminar keçirilmişdir.

Tədbirdə giriş sözü ilə çıxış edən “Baker Tilly” şirkətinin Vergi və Hüquq Məsələləri üzrə Partnyor Müavini Nərmin Hacıyeva bildirmişdir ki, seminarın məqsədi müştərilərimizi daim təkmilləşən vergi sistemində və qanunvericilikdə edilmiş mühüm dəyişikliklər barədə məlumatlandırmaqdan ibarətdir.

Seminarda Nərmin Hacıyeva ilə birlikdə, Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentinin baş direktor müavini Nicat İmanov, “Baker Tilly” şirkətinin vergi komandasının üzvləri Səyavuş Səfiyev və Rəşad Göyuşov da iştirak etmişlər. Onlar vergi qanunvericiliyinə edilmiş dəyişikliklərin mahiyyəti, məqsədi və digər aspektləri barədə məlumat verərək, sonda tədbir iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırmışlar.  

Müxtəlif sahələrdə fəaliyyət göstərən 100-ə yaxın şirkət nümayəndələrinin iştirak etdiyi tədbirdə, qanunvericilikdə edilmiş dəyişikliklərlə bağlı sahibkarları narahat edən əsas məsələlər ətrafında müzakirə aparılmış və bu dəyişikliklərin sahibkarlıq subyektləri üçün daha əlverişli şəraitin yaradılmasına xidmət etməsi vurğulanmışdır.

Qeyd edək ki, dünyanın 147 ölkəsində fəaliyyət göstərən və özündə 126 üzv şirkəti birləşdirən “Baker Tilly İnternational” şirkəti, öz gəlirlərinə görə dünyanın 10 qabaqcıl mühasiblər və məsləhətçilər şəbəkəsi sırasında olmaqla, 2007-ci ildən bəri ölkəmizdə “Baker Tilly” şirkəti ilə təmsil olunur.

Azərbaycan bazarında 10 ildən artıq uğurla fəaliyyət göstərən “Baker Tilly” şirkəti, hal-hazırda ölkənin mühasibatlıq, audit və biznes məsləhət xidmətləri göstərən ilk 5 ən böyük və nüfuzlu məsləhətçi şirkətlərindən biri kimi tanınmaqdadır.      

Son xəbərlər
Digər xəbərlər