“Baker Tilly International” beynəlxalq audit şikətinin Azərbaycandakı müstəqil üzvü sayılan “Baker Tilly Audit Azərbaycan” QSC-nin direktoru dəyişdirilib.
Banker.az xəbər verir ki, Səfiyev Səyavuş Kavı oğlu şirkətin direktoru təyin edilib. O bu vəzifədə Həsənov Şahin Əmirxan oğlunu əvəz edib.
Qeyd edək ki, indiyə qədər bu şirkətə İbrahimov Ziya Rafiq oğlu, Rəhimov Kamran Kami oğlu, Vəliyev Samir Sədəddin oğlu kimi şəxslər rəhbərlik ediblər.
Səyavuş Səfiyev “Baker Tilly” şirkətinin vergi komandasının üzvü və “Troni İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasının sədridir.
“Baker Tilly Audit Azərbaycan” audit və konsaltinq şirkəti 2005-ci ildə təsis edilib və 2000 manat nizamnamə kapitalı var.