10 C
Baku
Friday, December 13, 2024

“Baker Tilly” Azərkosmos-un auditini 79 min manata aparacaq

“Baker Tilly Audit Azerbaycan” MMC “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Beynəlxalq Standartlara (IFRS) uyğun tərtib edilmiş maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 79 296 manatdır.

“Baker Tilly Azərbaycan” audit və məsləhət xidmətləri göstərən müstəqil firmaların qlobal şəbəkəsi olan Baker Tilly International şirkətinin üzvüdür.

Son xəbərlər
Digər xəbərlər