8 C
Baku
Monday, November 18, 2024

Bakı əhalisi ötən ay 3 mlrd. Manatlıq ərzaq məhsulları alıb

Bu ilin yanvar-mart aylarında Bakının ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 4.8% artaraq 6 301,0 mln. manat olub.

Banker.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 3 636,6 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4.1% azalaraq 2 664,4 mln. manata bərabər olub.

İstehlak məhsullarının 35.3%-i hüquqi şəxs statuslu müəssisələrdə, 41%-zi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23.7%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

 

 

Son xəbərlər
Digər xəbərlər