2022-ci ilin yanvar-oktyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4.6% artaraq 19 milyard 306.6 milyon manat olub.
Banker.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4.9 faiz artaraq 10 milyard 30.1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4.4% artaraq 9 milyard 276.5 milyon manata bərabər olub.
İstehlak məhsullarının 36.1%-i hüquqi şəxs statuslu müəssisələrdə, 44.5%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 19.4%-i isə paytaxtın məhsul bazarlarında satılıb.