Bakı əhalisinin qaz istehlakı bir ildə 55 milyon kubmetr azalıb

Bakı əhalisinin təbii qaz istehlakı 2025-ci ildə nəzərəçarpacaq dərəcədə azalıb.

Banker.az-ın məlumatına görə, paytaxtda əhali ötən il 1 milyard 435,3 milyon kubmetr təbii qaz istehlak edib. 2024-cü ildə bu göstərici 1 milyard 490,8 milyon kubmetr idi.

Beləliklə, Bakı əhalisinin qaz istehlakı bir il ərzində 55,5 milyon kubmetr və ya təxminən 3,7% azalıb.

Ölkə üzrə əhalinin ümumi qaz istehlakı isə 4 milyard 6 milyon kubmetr olub. 2024-cü ildə əhali 4 milyard 40,3 milyon kubmetr qaz istifadə etmişdi.

Beləliklə, ölkə üzrə azalma 34,3 milyon kubmetr və ya 0,8% təşkil edib.

2025-ci ildə Abşeron-Xızı iqtisadi rayonunda əhali 453,4 milyon kubmetr, Gəncə-Daşkəsəndə 251,4 milyon kubmetr, Lənkəran-Astarada isə 244 milyon kubmetr təbii qaz istehlak edib. 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər