1 yanvar 2023-cü il tarixinə Bakı şəhərində 2 milyon 336 min 600 nəfər sakin rəsmi qeydə alınıb.
Banker.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, paytaxtda 1 kv.km-ə 1092 nəfər düşür ki, bu da əhali sıxlığının 2023-cü ilin əvvəlinə olan göstəricisidir.
Qeyd edilib ki, Bakıda əhali sayına görə ən böyük rayon Binəqədi (307 min nəfər), ən kiçik rayon isə Pirallahıdır (18 min 700 nəfər)
Paytaxt əhalisinin cins bölgüsünə gəldikdə, rəsmi qeydiyyatda olanların 1 milyon 146 min nəfəri kişilər, 1 milyon 190 min 622 nəfəri qadınlardı.
Bakıda əhali sayı rayonlar üzrə aşağıdakı kimi qeydiyyatdadır: