Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 25.3-cü km-lik hissəsində yerüstü piyada keçidinin inşası aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Banker.az-a verilən məlumata görə, inşa işləri ilə əlaqədar sürücülərdən qeyd olunan ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.